menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?

31 0
03.02.2026

Samir ƏLİYEV,

İqtisadçı

***

Kredit götürdüyümüz və ya depozit yerləşdirdiyimiz hər hansı bankın şərtləri ilə razılaşmadıqda bank təmsilçisi bizimlə imzalanmış müqaviləyə istinad edir və orda mövcud şərtlərin əks olunduğunu qeyd edir. Hüquqi baxımdan kredit təşkilatı haqlı görünə bilər. Xüsusən də nəzərə alaq ki, xırda istisnalarla heç kim imzalanma prosesində müqavilə şərtlərini oxumur. Heç bank işçisi də buna şərait yaratmır. Bizdə müqavilə imzalanması prosesi daha çox formal texniki proseduru xatırladır - bank sizə kredit ayırır və siz də formallıq xətrinə kağızları imzalayırsınız.

Xatırlayıram hər dəfə hansısa bankda müqavilə imzalayanda onun hər səhifəsini imzalatdırırlar. Bilmirəm müşahidə etmisiz ya yox, az qala imzanı sona çatdırmağa da imkan vermirlər. Kağızı əlinin altından çəkib növbəti səhifəni çevirirlər. Yəni kredit məhsulunun əsas sənədi olan müqavilənin imzalanması prosesi ən yaxşı halda 1-2 dəqiqə çəkir. Və sabah da narazılıq yaşananda heç birimizin oxumadığı və evə gəlib sonra tapmaqda çətinlik çəkdiyimiz yerə atacağımız müqaviləyə istinad edilir. Banklar bu........

© Mia.az