“Daş yuxular”ın mənəvi atası AYB və ya Qərb dünyası ilə erməni lobbisinin Əylisli fiaskosu...
Kəbutər Hakverdi,
Xüsusi olaraq Mia.az üçün
***
I yazı
***
Əkrəm Əylisli hələ sovet dövründə yazdığı, lakin ingilis dilinə tərcüməsi yalnız bu yaxınlarda işıq üzü görən "Adamlar və ağaclar" trilogiyasına görə Avropa Yenidənqurma və İnkişaf Bankının 2026-cı il üçün ədəbiyyat mükafatına layiq görülüb.
Əslində, bu mükafat Azərbaycan ədəbiyyatı üçün hadisədir. Üstəlik kimsə inkar edə bilməz ki, Əkrəm Əylisli nəsri sırf ədəbi-estetik və tənqidi prizmadan, üslub, psixologizm və təsvir ustalığı baxımından həqiqətən də müstəsna bir zirvədir. Müəllifi olduğu "Adamlar və ağaclar", "Kür qırağının meşələri", "Mənim nəğməkar bibim" klassik əsərləri lirik-psixoloji nəsrin ən zərif, canlı və səmimi nümunələridir. Lakin. Türklər demiş, bayram deyil, seyran deyil, əniştəm məni niyə öpdü? Əkrəm Əylisli necə oldu ki, xatırlandı və possovet dövrünün şöhrətli ədəbi nümunəsi birdən birə yada düşdü, ingiliscəyə çevrilib mükafata təqdim olundu?
Pərdə arxası...
80’lərdən sonrakı ədəbi nəsil nə qədər də israr etsələr ki, ədəbiyyat azaddır, heç bir ideologiyaya xidmət etmir; aradan keçən illər ərzində dünya ədəbi prosesi özü isbatladı ki, ədəbiyyat heç vaxt geosiyasətdən və qlobal güc mərkəzlərinin mədəni maraqlarından təcrid olunmuş şəkildə inkişaf etməyib, etmir və etməyəcək. Lakin…
Fəaliyyətinin nədən ibarət olduğundan özü də baş açmayan AYB bunu dərk edə bilmədi və 2006-cı ildə çağırılan qurultayına həmin il Nobel almış Türk yazar Orxan Pmuku Fəxri Qonaq kimi dəvət etdi. Kosmosda yeni planet kəşf etmiş qəhrəman kimi ağırlanan Pamuk, günlərlə Azərbaycan mediasının manşetindən düşmədi, kitabları çevrilib tirajlandı. AYB-nin bu fəaliyyəti Orxan Pamuk nümunəsini yenicə tumurcuqlamağa başlayan müstəqillik ədəbiyyatımızın şuuraltına yerləşdirdi. Türkiyənin ermənilərə soyqırımı yapmas yalanını fakt kimi öz romanında əks etdirən Pamukun beynəlxalq arenada dövlətin imicinə vurduğu ziyandan danışmaq istəyənlərin ağzı “bir türk yazarın Nobel qazanması daha önəmlidir” arqumenti ilə anında qapadıldı. Konkret AYB-nin siyasi korluğu və yanlış ədəbi siyasəti ikinci bir Orxan Pamuk olayına Azərbaycanın özündə zəmin yaratdı və “Daş yuxular”ın doğulmasının elə o zaman özülünü qoydu. AYB-nin -
Öndə olmaq əxlaqdan daha önəmlidir
-prinsipi və geosiyasi formatının yoxluğu kökü və ruhu Şərqə, forma, tənqidi düşüncə və müasir təhkiyə texnikaları baxımından isə Qərbə inteqrasiya etmiş nadir bir sintez ədəbiyyatı olan Azərbaycan ədəbiyyatının “Daş yuxuları”nı doğurdu.
Məlumdur ki, Qərbin güclü siyasi və mədəni lobbiləri, o cümlədən erməni diasporu və digər geosiyasi maraq qrupları beynəlxalq arenada öz gündəmlərini irəli sürmək üçün mədəniyyət xadimlərindən, xüsusən də öz ölkəsinin rəsmi xəttinə və tarixi narrativlərinə qarşı çıxan ziyalılardan tez-tez "maşa" və ya platforma kimi istifadə edirlər. Bunun ən gözəl örnəyi olan Orxan Pamukdur. Onun Türkiyənin 1915-ci il hadisələri və kürd məsələsi ilə bağlı sərt açıqlamaları, ölkə daxilində məhkəmə prosesləri ilə üzləşməsi Avropada və ABŞ-da elə bir siyasi fon yaratdı ki, o, sadəcə yazıçı kimi deyil, "təqib olunan dissident söz azadlığı simvolu" kimi qabardıldı. Nobel mükafatını da bu geosiyasi və media tərəfindən yaradılmış "qoruyucu çətir" qaranti etdi, necə deyərlər “xidmətlərinin” əvəzində qızıl məcməyidə Pamuka təqdim edildi. Ədəbiyyatın beynəlxalq arenaya çıxmasında siyasi faktor ən həlledici, lakin planda qalan ən ağır maneələrdən biridir. Ədəbiyyat heç vaxt geosiyasətdən və qlobal güc mərkəzlərinin mədəni maraqlarından təcrid olunmuş şəkildə inkişaf etməyib, etmir və etməyəcək də. 2006-cı ildə Orxan Pamukun Nobel mükafatı alması və dünyada bestsellerə çevrilməsi dövründə Türkiyə-Avropa İttifaqı inteqrasiyası, islam-dünyəvilik ziddiyyəti və Yaxın Şərq kimliyi Qərb mediasının və siyasətinin bir nömrəli gündəmi idi. Pamukun “cəsarətli” siyasi........
