menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

"Aşsüzən media” və ya AZAL-ın dərəbəyliyi... - ELXAN ŞÜKÜRLÜ YAZIR

31 0
15.07.2026

"Aşsüzən media”mızın başı Şuşada şəkil çəkdirməyə qarışıb, ölkənin strateji bir coğrafiyasına gediş-gəlişdə barıt çəlləyinə çevrilən, get-gedə şişən mühüm bir problemə isə əhəmiyyət verən, diqqətdə saxlayan yoxdur.

Söhbət 3 ölkəylə quru sərhədi olan, yalnız hava nəqliyyatının ümidinə qalan Naxçıvan Muxtar Respublikasına gediş-gəlişdən, sürətlə boşalan bu diyarın insanlarının çəkdikləri min bir əziyyətdən, rastlaşdıqları alçaldıcı və dözülməz rəftardan gedir.

Hər ilin yay aylarında və yaxud bayram, tətil günlərində Naxçıvan camaatı eyni problemlə üzləşir, eyni stressi, gərginliyi, əsəbi ovqatı yaşamalı olur: evinə, yasına, toyuna, xəstəsini və ya əsgər övladını yoluxmağa gedib-gəlmək istəyən, qəfil işi çıxan, meyidini aparan vətəndaşlarımız saatlarla, bəzən günlərlə “Azal” adlı “kal armud”un hoqqalarına, fırıldaqlarına dözmək məcburiyyətində qalır!

Bütün fırıldaqlar, hoqqalar da........

© Mia.az