İnsanların biri-birindən psixoloji asılıqları: necə yaranır və bu asılılıqdan necə azad olmaq olar?
İnsanların biri-birindən psixoloji asılıqları: necə yaranır və bu asılılıqdan necə azad olmaq olar?
Başqa insandan psixoloji asılılıq psixiatriyada addiksiya (addiction) adlanır. Bir tərəfdən nəzərə alsaq ki, yaxın insanlara bağlılıq həyatda bunsuz yaşanması mümkün olmayan sosial faktordur. Digər tərəfdən isə bu asılılıq bezdirici və patoloji hala çevrilə bilər. Lakin vəziyyətin ciddiliyi aşırı addiksiya şəxsiyyətin psixoloji pozuntusuna və ciddi psixiatrik xəstəliyə çevrilə bilər. Psixoloji asılılığın bu növü əks cinsə və ya doğma insana qarşı məsələn, ananın uşağa qarşı bağlantısı da ola bilər. Bu cür bağlantı şəxsiyyətin total idarəsi ilə xarakterizə edilir, özünü idarə pozulur və daim “yanımda ol” rejiminə keçir.
Əlbəttə ki, sevgi, qayğı, sevinc və bir çox digər pozitiv emosiyalar, sevdiyimiz insanlarla, yaxınlarımızla bölüşdüyümüz duyğulardır. Asılılıq (addiksiya) bütün gözəl hissləri adekvat, münasibətləri dağıdır və fizioloji və psixoloji disbalans yaradır. Psixoloji asılılığın 3 əsas forması var: Valideynlərdən asılılıq, dostlardan və ünsiyyət qurulan insanlardan asılılıq, sevdiyin insandan asılılıq.
Həyata gəldiyi andan şəxsiyyət kimi formalaşdığı ana qədər fərd valideynləri ilə sıx əlaqədə olur. Hər bir uşağın psixoloji və ekonomik faktorlara əsaslanan köməyə ehtiyacı olur. İlk bir neçə il asılılıq instinkt səviyyəsində tənzimlənir. Sonralar isə uşağın böyüməsi ilə azad olması nəticəsində valideyndən uzaqlaşması baş verir........
