Məktəb, din və dövlət - Vüqar Abbasov yazır
Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış məqaləmi Azərbaycan dilində “Ədalət”in oxucuları ilə bölüşürəm.
Yazıya keçid linki: https://www.european-news-agency.de/politik/schools_religion_and_the_state-94552/?fbclid=IwY2xjawU7O5lleHRuA2FlbQIxMABwZG9mBWJyaWQRMTNHSW5yNDVEaEsyNThiNzFzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeavCZxIcsEyDf2q1cCmmXaMUI22A0Y_VVGnAfru9e2ZAqCJdVxbJLZFQA9Ag_aem_jxnEGd3Vrno7V58B19-Iwg
Son günlər Azərbaycanın, xüsusilə də paytaxt Bakı şəhərinin bəzi məktəblərində bir sıra şagird və müəllimlərin geyim qaydaları ilə bağlı etirazlar keçirdiyi bildirilir. Təəssüf ki, bu etirazlar heç də həmişə dinc və sakit şəraitdə baş vermir. Bəzi şəxslərin təxribatçı hərəkətlərə yol verərək məktəblərin şüşələrini sındırdığı, dövlət əmlakına zərər vurduğu və ən başlıcası, tədris prosesinə mane olduğu bildirilir. Hətta məktəblərdən birində direktorun avtomobilinin yandırıldığı da qeyd olunur.
Məsələnin hüquqi tərəfinə qısaca nəzər salaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 iyul 2026-cı il tarixində “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda........
