Fundamental tədqiqatçı - Vaqif Yusifli yazır
(Görkəmli ədəbiyyatşünas Araz Dadaşzadənin 90 illiyi münasibətilə)
Araz Dadaşzadə ədəbiyyata 60-cı illərdə gəlmişdir. Azərbaycan ədəbiyyatında yeni bir yüksəliş dövrü kimi səciyyələnən bu illərdə şeirdə də, nəsrdə də, dramaturgiyada da yeni adlar və əsərlər ədəbi dövriyyəyə daxil oldu. “Yeni Azərbaycan nəsri”, “Yeni poeziya” istilahları daha çox “altmışıncılar” ədəbi nəslinin yaradıcılığına şamil edilirdi. Ədəbi tənqiddə də yeni bir mərhələnin başlanğıcı qoyulur, tənqiddə estetik cəhətlərə, sənətkarlıq problemlərinə, forma xüsusiyyətlərinə, ədəbi qəhrəman axtarışlarına fərqli bir baxış bucağı müəyyənləşirdi, Yaçar Qarayev, Şamil Salmanov, Akif Hüseynov, Gülrux Əlibəyli, Arif Abdullazadə, Arif Hacıyev, Araz Dadaşzadə, Arif Səfiyev kimi tənqidçi və ədəbiyyatşünasları da mənim fikrimcə, “altmışıncılar” nəslinin tənqid – ədəbiyyatşünas qolu kimi qəbul etmək olar. Araz Dadaşzadə də istedadlı bir ədəbiyyatşünas kimi məhz altmışıncı illərdə parladı – 1966-cı ildə onun “Molla Pənah Vaqif” (həyat və yaradıcılığı) monoqrafiyası çap olundu. Onun bu monoqrafiyası vaqifşünaslıqda bir dönüş yaratdı, daha doğrusu, Vaqifi yeni elmi-nəzəri təfəkkür işığında dərk etməyə səsləndirdi. Araz Dadaşzadənin Vaqif dünyası – bu haqda bir qədər sonra söz açacağam. Amma bundan öncə, Araz Dadaşzadəni bir ədəbiyyat adamı kimi səciyyələndirmək istəyirəm.
Qayıdıram Araz Dadaşzadənin Molla Pənah Vaqif dünyasına. XX əsrdə Vaqifin həyat və yaradıcılığı ilə bağlı xeyli sayda məqalələr diqqəti cəlb edir. Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Məmməd Səid Odubadi, Abdulla Şaiq, Mehdi Hüseyn, Səməd Vurğun Vaqif haqqında (onun poeziyası və dövlət xadimi kimi fəaliyyəti) maraqlı fikirlər söyləmişlər. Araz Dadaşzadənin monoqrafiyası isə mənim fikrimcə, Vaqif haqqında........
