Hər sözündən bal damırdı... - Faiq QİSMƏTOĞLU yazır
... Dünyada ən ağır dərdlərdən biri də dost itirməkdir. Məncə , yaxşı dost qardaş qədər, doğma insanlar qədər adama çox yaxındır! Və mən də son illər mənə qardaş qədər yaxın olan dostlarımı itirmişəm , hələ də özümə gələ bilmirəm... İstedadlı şair Orxan Paşanin(Məhərrəm Qasımlı) bu misrası yadıma düşür:" İtirdim dostları, itirdim bir - bir..." Allah and olsun ki, o dostlarımın hər birinin yeri ayrıca görünür! Nə övladları, nə də nəvələri onların yerinə vermir, heç verə də bilməz ha! Belə dünyasın dəyişmiş dostlarımdan biri də Ali Məhkəmədə, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləmiş, hüquq elmləri doktoru, professor rəhmətlik Ənvər Seyidovdur! Onun məhkəmə sistemində çox böyük hörmət və nüfuzu olub.
Öz ağayanalığı, ciddiliyi, səmimiyyət , hətta zarafatları ilə digər həmkarlarından fərqlənib. Mən 35 il onunla dostluq eləmişəm və həmişə də sədaqətini, dürüstlüyünü görmüsəm. Görmüsəm ki, dostalarının ən ağır günündə onları tək qoymayıb,yanlarında olub. Vəzifədə olanda da belə olub, təqaüdə çıxanda da! Və bu gün onun yolunu oğlanları davam etdirir. Xüsusilə........
