Yetim qalan Əbülfətdi, Pir ana - Əbülfət MƏDƏTOĞLU yazır
Bu ömrümün gecəsidi, ayrılıq...
Həyat bənddi, indi bildim bir ana
Dözüm, qürur , səadətdi bir, ana!
Yetim qalan Əbülfətdi, Pir ana -
Bu ömrümün gecəsidi, ayrılıq...
Heç inanmağım gəlmir. Özümü nə qədər məcbur etsəm də, inana bilmirəm, bacarmıram... İnanacağıma inanmağım da gəlmir... Bilirəm ki, siz də mənim kimisiniz, siz də inanmırsınız. Amma inanmadığımız həqiqət, gerçək bizim gözümüzün qarşısındadır, sadəcə biz onu içimizə buraxmırıq... buraxmamağa çalışırıq... Hər cür vasitə ilə, xəyalla, xatirə ilə, şəkillərlə qoymuruq ürəyimizə girsin, ağlımızda özünə yer tutsun. Amma...
Həmişə dediyim sözdü, yazdığım fikirdi. Zaman sürətlidi, dayandırmaq, durdurmaq olmur. Özü də onu dayandırmağa, durdurmağa yetəcək güc də yoxdu, vasitə də yoxdu. Belə olan halda o sürətə alışmağa, onunla barışmağa məcburuq. Təəssüf ki, bir məqam da var. O da gözləyəndə, saatdan asılı qalanda zamanın ləngiməsidi, sürətinin bizi qane etməməsidi. Deməli, hər iki halda narazı olan bizik, inciyən bizik...
Və yenə qayıdıram zamanın sürətinə. Çünki iki il bundan öncə həyatım alt-üst oldu. Ürəyim elə bir gülləyə tuş gəldi ki, onu durdura bilmədim, yayındıra bilmədim. Atılan güllə ümidimi, güvəncimi, sığındığım varlığı əlimdən aldı. Bu gülləni atan fələk idi. Nişan aldığı isə ANAM!..
Və istəyinə çatdı fələk. Məni də anasız qoydu. Əlimdən, ömrümdən aldı dərdimi dediyim ANAMI! Yetimliyi elə bir şəkildə ömrümə gətirdi ki, susmaqdan və için-için ağlamaqdan başqa yolum qalmadı.
Doğrudur, insanı ən güclü varlıq hesab edirlər, elə mən də belə düşünür, belə qəbul edirdim. Amma fələk Anamı əlimdən alanda nə qədər gücsüz olduğumu anladım, başa düşdüm ki, belə məqamda, yəni ölümə qarşı çıxmaq məqamında dünyanın ən aciz, ən gücsüz varlığı sən demə........
