menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Söz  ömrümün cizgilərindən - Əbülfət MƏDƏTOĞLU yazır

27 0
27.01.2026

Yenə çəkilmişəm özümə. Yenə duyğularla, fikirlərlə, xatirələrlə, xəyallarla, bir sözlə, özüm öz dünyamla üz-üzə oturmuşam. Göz-gözə dayanmışam. İndiki anda səsini də eşidirəm, nəfəsini də duyuram, gözlərini də görürəm, hətta saçların da toxunur üzümə. Amma bunlar hamısı xəyaldı, yəni mənim görmək istədiyim, yaşamaq istədiyim anın xəyalı!..

Özüm-özümlə dialoq qurmuşam. Sual verirəm, cavab sükut olur. Cavab verirəm, sual sükuta çevrilir. Bilmirəm, bu nəyin göstəricisidi, nəyin əlamətidi və ümumiyyətlə, mənim bu halım nədən xəbər verir, məni hara aparır. Bax, bilə bilmədiyim və adını eşitmədiyim, sualını vermədiyim, cavabını dinləmədiyim bu dialoqun təsvirini necə edim, şəklini necə çəkim? Onları qələmlə dəftərə necə yazım? Yəqin ki, bu sualları oxuduğunuz anda bir qisminiz acıyırsınız mənə, bir qisminiz irad tutursunuz, başqa bir qisminiz yol göstərirsiniz və yaxud da əlinizi yelləyib keçib gedirsiniz.

Hətta hansısa bir sözü dilinə gətirəniniz də var. Amma mən başımın xarab olduğuna hələ ki, inanmıram və onun əlamətini də hiss etmirəm. Lakin özüm də bilirəm ki, könüllü şəkildə həyatımın mənasına çevirdiyim yaşam son nəfəsimə qədər mənimlə birlikdə olacaqdır. Çünki o, mənim ruhumun ifadəsidir, ürəyimin özüdür.

Belə olan halda bütün iradları da, təklifləri də, hətta halıma acımaları da qəbul edirəm. Ona görə ki, mən onların içərisindəyəm. Onlar da mənim həm daxili, həm xarici yozumda elə özüm deməkdir. Bir az da dəqiq ifadə etsək, necəyəmsə, yaşadıqlarım da elə onun özüdür, təsdiqidir. Sadəcə olaraq mən danışıram, yazıram, xatırladıram. O isə dinləyir. Amma... Nə cavab verir, nə də yolundan qalır...

Hə, elə bilməyin ki, səsim, sözüm eşidilməyəndə "Sınıb qol qanadım yanıma düşür". Xeyr, məni eşitməyəndə də, dinləmək istəməyəndə də öz içimdə onun özü ilə, şəkilləri ilə, səsi ilə, hərəkətləri ilə danışıram. Və bilirəm ki, ruhumun bu hayqırtıları nə vaxtsa onun da qapısını döyəcək, onu da yuxusundan səksəndirəcək. O da hansısa bir anda başını qaldırıb gözlərimin içinə baxıb ürəyini göstərib nəsə deyəcək. Amma........

© Ədalət