menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

ŞEİRİ PIÇILDAMAYAN ŞAİR - Əbülfət MƏDƏTOĞLU yazır

4 0
latest

Sabir Abdinin “Əlvida deyirəm ayrılıqlara” kitabı barədə dost sözü

Bizim yolumuzun başlanğıcı lap uzaqlara, 80-ci illərin əvvələrinə gedib çıxır. Onda hər ikimiz tələbə idik. Hər ikimiz də ölkənin müxtəlif bölgəsində, amma təbiətin üzə gülən, könül oxşayan coğrafiyasında doğulmuşduq. O, Yardımlının Bürzünbül kəndində, mən isə Tuğda, yəni Qarabağda. Həm arzularımız, həm ruhumuz, həm də seçdiyimiz yol bizi Bakıda görüşdürdü. O zamanın yeganə universitetində. Və müxtəlif fakültələrdə oxusaq da, bizi bir-birimizlə sözümüz tanış etdi. Özü də universitet qəzetində. Beləcə başladı tələbəlik illərinin şinelindən çıxan dostluq. O dostluğun bir cinahında Sabir dururdu, birində də mən...

Mən onu öncə adına görə sevdim, çox istədim. Çünki ailəm üçün Sabir adı çox önəmli idi. Rəhmətlik atam 8-ci sinif təhsilli olsa da, Mirzə Ələkbər Sabiri çox sevirdi. Ona görə də sonbeşik qardaşıma Sabir adı qoymuşdu. Evimizdə də hamı Sabirin şıltaqlığına dözürdü. Bir şirin ərki vardı onun da. Elə həyatımın ən sarsıdıcı anı o şirinliyin qəflətən Haqqa qovuşması oldu. Bax, Sabir adı da mənim üçün özündə ehtiva etdiyi o doğmalığa görə Sabir Abdin də məndə ilk görüşdən xoş təəssürat yaratdı. Zaman göstərdi ki, bu dostluqda yanılmamışam. Çünki Sabir Abdin harda işlədisə, hansı bölgədə oldusa, ordan xoş sədasını eşitdim, orda məni xatırladı, orda məni gözlədi, orda məni şərəfləndirdi. Hətta mənə ithaf şeirləri də yazdı. Və bu şeirlərin birində vurğuladı ki:

Yağış olub yağıb gedək, Çaylar olub axıb gedək,  O dağlara baxıb gedək, Gəl, qoşulub Tuğa gedək.

Ürəyimiz əlimizdə, Xatirələr dilimizdə, Şələmiz də belimizdə, Gəl, qoşulub Tuğa gedək.

Kağız götür, qələm götür, Bayraq götür, ələm götür, Ümidini lələm, götür, Gəl, qoşulub Tuğa gedək.

Küləklərə  gəl qoşulaq, Yel qanadlı bir quş olaq, Yurd yerində bir daş olaq, Gəl, qoşulub Tuğa gedək.

Sübh, obaşdan çıxıb gedək, Gözümüzü sıxıb........

© Ədalət