menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Prezident Pezeşkian və mollaların "Əli cızığı"...

31 0
10.03.2026

Çoxdanın söhbətidir. Dədə-baba kəndimizdə bir qoca kişi varmış. Əsasıyla yerdə xətt çəkir və öz oğlu üçün deyirmiş ki, buradan Əli cızığı çəkmişəm, filankəs keçəndə qıçı qırılacaq...


Biliriniz, bunu niyə xatırladım? Qonşu İranda hər şey indi buna bənzəyir. Əvvəlcə deyim ki, "molla”lar tamam ağıllarını itiriblər. Cəmi dünya vaxtilə bunlardan danışanda çoxu qeyri-ciddi qəbul edirdi bu söhbəti, inanmırdılar, amma indi hər şey göz qabağındadır: 


İranın "ruhani elita”sının davranışına baxanda həm Vladimir Volfoviç Jirinovski kimi sərsəm, həm də Vladimir Putin kimi təhlükəli adamın sözləri yada düşür. İnsafən, hətta Jirinovski kimi sarsağın biri deyirdi ki, dini radikallardan - fanatlardan qorxun, onlar həqiqətən də inanırlar ki, öz "ideyaları” uğrunda öləndə dərhal cənnətə gedəcəklər. 


Putinə gəldikdəsə, onun da sözləri yəqin, yadınızdadır: Rusiya olmayacaqsa, bu dünya nəyə və kimə lazımdır? Yox, yox, burada "olmayacaqsa”nı o, əslində başqa mənada işlədirdi. Demək istəyirdi ki, Rusiya "söz sahibi” olmayacaqsa, hamı onunla hesablaşmayacaqsa, daha bu dünya kimə və nəyə lazımdır? Belədəsə, dünyada kimin Rusiyayla və yaxud da ruslarla bir işi var?..


Bir daha deyirik ki, həmin "məntiq” indi də İran mollalarının davranışında sezilir, özü də daha eqoist formada, sanki "İranı biz idarə etməyəcəyiksə, İran da, lap dünya da kimə lazım?”- deyirlər. 


Mənə elə gəlir ki, bunlar özləri də əslində nə İranın fanatıdırlar, nə də İslamın – yox, hər şeydən öncə özlərinin sərsəm, eqoist ambisiyalarının fanatıdırlar. Sadəcə, illər ərzində bəzi insanlara öz "prinsip”lərini sırıya biliblər. Belədəsə, kimsənin nə İranla, nə də iranlılarla bir işi yox, kimsə bunların "dinini–inanc”ını (bu Şeyx Nəsrullahlarda belə şey heç varmı?) əlindən almağı da düşünmür...


İndi başa düşürlər ki, sonları yaxınlaşır, elə ona görə də isterika, depressiya bürüyür bunları. O gün də yazmışdıq ki, Naxçıvanı dronlarla vurmaq həm təəccübülü oldu, həm də təəccübsüz. Ona görə təəccüblü oldu ki, indiki halda bunun məntiqi yoxdur: nəyə çalışır bunlar? Özünə dost və ya neytral........

© Qaynar