menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Mollaların hikkəsi: 3000-in hesabı veriləcəkmi?..

19 0
02.02.2026

Müharibə söhbəti azacıq ciddiləşən kimi Tehran mollalarının yadına dərhal Bakı düşdü. Bilirsiniz, adam hərdən nə fikirləşir? İnanın, böyük siyasətdəki adamların hamısının olmasa da, heç olmasa əsas, həlledici kütləsinin həqiqətən də psixi durumunu öyrənmək pis olmazdı. Ona görə ki, bunun acı nəticələri ola bilər — özü də tək bir ölkə üçün yox.


Qonşu Tehrandan da hərdən sözün əsl mənasında "paranoya” havası gəlir. Başa düşmək olmur ki, Tehran mollaları qərarlarını, bəyanatlarını hansı məntiqlə qəbul edirlər?


Bakı ilə Tehranın siyasi qonşuluğunun tarixi Azərbaycanın müstəqillik tarixi qədərdir. Ötən 30 illik müddət Bakı və Tehranın siyasi elitasının bir-birini tanıması üçün yetərli olmalı idi, onların arasında bir siyasi anlaşma baş tutmalı idi.


Bakının və Tehranın apardığı siyasət tamam identik deyil, hətta bunların müttəfiqlər çevrəsi də bir qədər müxtəlifdir. Amma bu illər ərzində məxsusi Bakı–Tehran siyasəti yaranıb ki, bunu dünyanın dəyişkən siyasi iqlimindən asılı olmayan bir neçə meyar müəyyən edir: qonşuluq, dini, milli və etnik yaxınlıq.


Bu, tək Azərbaycan–İran münasibətlərində büruzə vermir. Hətta NATO üzvü olan qardaş Türkiyənin də bu ölkəyə qarşı münasibəti daim müttəfiqlərinin münasibətindən fərqlənib və təsadüfi deyil ki, bu günlərdə Tehran ətrafındakı gərginliyi azaltmağa çalışan bir-iki ölkədən biri də məhz Türkiyədir...


Odur, hər dəfə ehtiyac varmı ki, Bakı Tehranı öz ərazisindən tam arxayın........

© Qaynar