Adam Smit Azərbaycanda niyə məyus olardı?..
Yaxın günlərin söhbətidir. Dayanacaqda mağmın-mağmın oturub avtobusu gözləyirdim – gəlmirdi ki, gəlmirdi. Böyrümdə bir boz pişik oturacaqda uzanıb mürgüləyir, hərdən də başını qaldırıb adamlara baxır və yəqin ki, ürəyində düşünürdü: insanlar niyə bu qədər axmaqdırlar?
Prinsipcə, haqlı idi. İnsanların axmaq olduğunu sübut etmək üçün bəlkə də yüz səbəb var. Biri də budur ki, bizdən çox özünü ağıllı göstərməyə çalışan yoxdur. Amma nə fayda? Digər canlılar daha çox instinktlərinə etibar edir və bu da onları pis vəziyyətdə qoymur. İnsanlara isə bir şeyi on dəfə deyirsən, təəssüf ki, nəticəsi olmur.
Bizim avtobusların pis işləməsinə gəldikdə isə, bundan indi hamı gileylənir. Proses "yeni sistem" tətbiq ediləndən başlayıb. "Yeni" sözünə də aydınlıq gətirim.
Deyilənə-yazılana görə, hətta Qazaxıstan bu sistemi çoxdan tətbiq edib və yaxud da edib qurtarıb, artıq yenisinə keçməyi........
