menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Pişəvəri və Sovetlər Birliyi

27 0
05.01.2026

Farsdilli əsas media orqanları — istər hakimiyyətə yaxın olanlar, istərsə də müxalif cəbhədə dayananlar — Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Demokrat Hökumətinin yaranması və süqutunun ildönümlərində bir məqamı xüsusi olaraq önə çəkirlər: guya Demokrat Firqəsinin Azərbaycan türk xalqı ilə heç bir əlaqəsi olmayıb və bu firqə sırf Stalinin göstərişi ilə yaradılmışdır. Bu iddianın səbəbi aydındır: türkcənin (Azərbaycan, Türkmən, Qaşqay və Xələc türkcələrinin) tədrisinə dair geniş ictimai tələbatı xarici qüvvələrlə əlaqələndirmək və bu tələbi sui-qəsd nəzəriyyəsi kimi təqdim etmək. Halbuki tarix özü bu iddialara tutarlı cavab verir.


Mir Cəfər Pişəvərinin — Azərbaycan Demokrat Hökumətinin liderinin — atdığı addımların məntiqini, xüsusilə də onun Sovetlər Birliyi ilə yaxın əməkdaşlığını yalnız həmin dövrün hadisələr fonu və dünyanın siyasi vəziyyəti nəzərə alınmaqla anlamaq mümkündür. Burada iki əsas məqam mövcuddur: hərəkatın daxili zəminləri və o dövrdə dünyada mövcud sosializmin qazandığı üstün mövqe.


HƏRƏKATIN DAXİLİ ZƏMİNLƏRİ


Əgər demokratların qarşısında təmiz, xalqçı, ədalətli və özünə dayanan bir mərkəzi hökumət olsaydı, Demokrat Hərəkatı haqqında fərqli mühakimə yürütmək olardı. Lakin avtoritar, mərkəzçi və xarici qüvvələrə bağlı bir hakimiyyət bu hərəkatın qarşısında dayandıqda, məsələ tamamilə başqa məna kəsb edir. Əslində, Güney Azərbaycanda sosial-siyasi hərəkatın yeni dalğası Rza şahın rüsvayçı şəkildə taxtdan salınması və sürgün edilməsindən dərhal sonra başladı.


I Pəhləvi dövründə türklərə qarşı yürüdülən siyasət o qədər amansız və zalım idi ki, diktatorun süqutu ölkənin heç bir bölgəsində Azərbaycan türkləri arasında yaratdığı qədər sevinc və məmnunluq doğurmadı. Çünki bu böyük xalq yalnız tarixi mövqeyini itirməmiş, eyni zamanda sistemli şəkildə ikiqat zülm və haqsızlığa məruz qalmışdı.


Ölkə polis dövlətinin caynağından qurtulduqdan sonra siyasi şəxsiyyətlər və qruplar üçün münasib şərait yarandı. İkinci Dünya müharibəsi ərəfəsində Sovetlər Birliyinə köçürülmüş mühacirlər, habelə həbsdən və sürgündən azad edilmiş siyasi məhbuslar təşkilatlanmaq imkanı qazandılar. Onlar xalqın dərin narazılığına söykənərək yeni bir hərəkatın əsasını qoydular. Nəticədə, sonradan Azərbaycan Demokrat Firqəsinin onurğa sütununu təşkil edəcək qruplar, birliklər və partiyalar meydana gəldi:


– Azərbaycan Cəmiyyəti (1941-ci ilin payızı)


........

© Qaynar