menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Zəfərin tacı Şuşa: qayıdışdan quruculuğa

34 0
31.10.2026
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”

Bu sözlər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən birinə həkk olunmuş, xalqımızın yaddaşında əbədi yaşayacaq qürur və zəfər manifestidir. Azərbaycan Prezidenti,

Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli lider Heydər Əliyevin məzarına raport verərkən söylədiyi bu sözləri təkrar-təkrar dinləyərkən böyük qüruru, böyük sevinc ilə yanaşı kövrəlməmək olmur.

Bu, sadəcə, bir şəhərin azadlığı haqqında bəyanat deyil. Bu, illərlə ürəyində Şuşa həsrəti yaşadan bir xalqın qayıdışının, sarsılmaz iradəsinin, milli birliyinin və tarixi ədalətin təntənəsidir. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Qarabağın döyünən ürəyi öz sahibinə qovuşdu, Azərbaycanın milli qüruru yenidən yüksəldi.

Şuşa Azərbaycan üçün heç vaxt sıradan bir şəhər olmayıb. Bu şəhər xalqımızın mədəniyyətinin, musiqisinin, ədəbiyyatının, incəsənətinin və milli düşüncəsinin formalaşmasında müstəsna rol oynayıb. Qarabağın tacı, Qafqazın incisi adlandırılan Şuşa böyük şəxsiyyətlərin yetişdiyi, Azərbaycan mədəniyyətinin zəngin ənənələrinin qorunduğu müqəddəs məkanlardan biridir.

Xurşidbanu Natəvanın zərif sənəti, Üzeyir Hacıbəylinin musiqi dühası, Bülbülün bənzərsiz səsi, Molla Pənah Vaqifin poeziyası Şuşanın adını Azərbaycanın hüdudlarından kənara daşıyıb. Bu şəhərin küçələri, daşları, tarixi abidələri xalqımızın keçmişindən xəbər verir. Şuşa yalnız tarixi mirasımız deyil, həm də gələcək nəsillərə ötürməli olduğumuz milli mənəvi sərvətimizdir.

Ulu Öndər Heydər Əliyevin Şuşaya göstərdiyi diqqət və qayğı da məhz bu tarixi-mədəni dəyərin qorunmasına xidmət edirdi. 1977-ci ildə onun təşəbbüsü ilə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi şəhərin milli irsimizdəki yerinin dövlət səviyyəsində qorunmasının mühüm təzahürü idi. Bu, Şuşanın gələcək taleyi üçün atılmış uzaqgörən addım, milli yaddaşımıza verilən qiymət idi.

Qarabağ Zəfərinin təməli də məhz bu milli iradə, dövlətçilik düşüncəsi və Azərbaycanın öz torpaqlarına bağlılığı üzərində formalaşdı.

Şuşanın azadlığı bir günün, bir əməliyyatın və ya yalnız hərbi gücün nəticəsi deyildi. Bu qələbə uzun illər ərzində formalaşmış dövlət strategiyasının, iqtisadi inkişafın, güclü ordunun, xalqın birliyinin və qətiyyətli siyasi iradənin məntiqi nəticəsi idi.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi........

© Qaynar