menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İstiqlalın yadigarı, Zəfərin rəmzi - Azərbaycan Bayrağı

21 0
saturday
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın üçrəngli Dövlət Bayrağına baxarkən bir xalqın azadlıq arzusu, dövlətçilik iradəsi, milli kimliyi, tarixi yaddaşı və gələcəyə inamı yaşayır. Onun hər dalğalanışı müstəqilliyimizin əbədiliyinə, milli birliyimizin sarsılmazlığına və Azərbaycanın öz taleyinin sahibi olmasına verilən ən aydın mesajdır. Məhz buna görə bayrağımız bizim üçün sadəcə dövlət atributu deyil, milli varlığımızın və dövlətçilik qürurumuzun müqəddəs rəmzidir.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” fikri bu müqəddəs rəmzin mahiyyətini dolğun ifadə edir. Ulu Öndər bayrağa münasibəti yalnız rəsmi ehtiram çərçivəsində deyil, vətəndaşlıq məsuliyyəti və milli özünüdərk səviyyəsində qiymətləndirirdi. Onun yanaşmasına görə, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil bayrağın daşıdığı tarixi və mənəvi mənanı dərk etməli, onu öz milli kimliyinin ayrılmaz parçası kimi qəbul etməlidir.

Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin quruculuq salnaməsi ilə başlanır. 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilən bayraq həmin gün Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində ucaldıldı. Bu, yeni yaranmış dövlətin dünyaya öz milli kimliyini, siyasi iradəsini və müstəqillik əzmini nümayiş etdirməsi idi. Cümhuriyyətin süqutundan sonra bayrağımızın dövlət statusu aradan qalxsa da, onun ifadə etdiyi istiqlal ideyası xalqın yaddaşında yaşamaqda davam etdi.

Bayrağımızın rəngləri də milli ideologiyamızın dərin qatlarından xəbər verir. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri üçrəngli bayrağımızın ideoloji məzmununun əsasını təşkil edir. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasir inkişaf və yeniləşmə ideyasını, yaşıl rəng isə mənəvi-mədəni dəyərlərimizi ifadə edir. Bu üç prinsip bir-birini tamamlayaraq Azərbaycan xalqının tarixi köklərinə bağlılığını, müasir........

© Qaynar