menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu

20 0
10.04.2026

Tarix yalnız baş verən hadisələrin deyil, o hadisələrə məna verən böyük şəxsiyyətlərin yaddaşıdır. Bu yaddaşda elə adlar var ki, zaman keçdikcə daha da ucalır, nəsillər dəyişsə də onların mənəvi irsi sönmür, əksinə daha parlaq şəkildə yol göstərir. Akademik Zərifə Əliyeva məhz belə şəxsiyyətlərdəndir – elmi ilə insanlara işıq bəxş edən, mənəviyyatı ilə cəmiyyətə örnək olan, həyatın bütün çətinliklərinə baxmayaraq ucalığını qoruyan nadir Azərbaycan qadını.


1923-cü ilin aprelində Naxçıvanın Şahtaxtı kəndində dünyaya gələn Zərifə xanımın ömür yolu ilk gündən zəhmət, məsuliyyət və yüksək məqsədlərlə yoğrulmuşdu. O, Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı təhsil ilə gələcəyin böyük alim və həkimi kimi formalaşmağa başladı. Lakin onun seçdiyi yol sadəcə bir peşə yolu deyildi – bu, insanlara xidmət missiyası idi. Oftalmologiya sahəsini seçərək o dövrdə geniş yayılmış, minlərlə insanı korluğa sürükləyən traxoma xəstəliyinə qarşı mübarizəyə qalxdı. Bu mübarizə yalnız laboratoriyalarda deyil, kəndlərdə, rayonlarda, insanların arasında aparılırdı. Zərifə xanım xəstəliyin yayıldığı bölgələrə gedir, həkimlərə yol göstərir, xəstələrə ümid........

© Qaynar