menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İlham Əliyevin Qarabağ salnaməsi: Azadlıqdan quruculuğa, qayıdışdan gələcəyə

20 0
saturday
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapıları açılır, yeni müəssisələr fəaliyyətə başlayır, illərlə doğma yurd həsrəti ilə yaşayan insanlar öz evlərinin açarlarını alırlar. Prezident İlham Əliyevin Zəfər bayramını yenə Qarabağda qarşılaması bu prosesin həm siyasi, həm də mənəvi rəmzidir. Çünki bu torpaqlarda görülən hər işin arxasında xalqımızın qırılmaz iradəsi, dövlətin qətiyyəti və tarixi ədalətin bərpası dayanır.

Noyabrın 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində bir sıra mühüm açılışlar həyata keçirilib. Cəbrayıl rayonunun Soltanlı kəndinin, Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələlərinin açılışı, Zəngilan Şəhər Təhsil Kompleksinin və istehsal müəssisəsinin istifadəyə verilməsi səfərin mühüm nəticələrindəndir. Ən təsirli məqamlardan biri isə uzun illər yurd həsrəti çəkmiş sakinlərə yeni evlərinin açarlarının təqdim olunmasıdır. İki kəndə ümumilikdə 700-ə yaxın ailənin qayıdışının nəzərdə tutulması Böyük Qayıdışın ardıcıl və genişmiqyaslı dövlət proqramı kimi həyata keçirildiyini göstərir.

Cahangirbəyli kəndində görülən işlərin miqyası bu quruculuğun mahiyyətini aydın ifadə edir. Kəndin birinci mərhələsi üzrə 62,57 hektar ərazidə 242 fərdi ev, məktəb, 80 yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, bazar kompleksi və çoxfunksiyalı bina inşa olunub. Evlər su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin edilib. Burada söhbət yalnız yaşayış evlərinin tikilməsindən deyil, insanların normal həyatına qayıtması üçün zəruri sosial və məişət şəraitinin yaradılmasından gedir. Çünki kəndin dirçəlişi yalnız yolların salınması ilə tamamlanmır; burada təhsil, məşğulluq, tibbi xidmət və sosial həyat da bərpa edilməlidir.

Noyabrın 7-də Prezidentin Qarabağ səfəri davam edib. Ağdamda sənaye müəssisələrinin açılışı, Rayon........

© Qaynar