menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Heydər Əliyevin dövlətçilik dühası və suveren Azərbaycanın Konstitusiya dayaqları

19 0
saturday
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlətçilik tariximizin ən mühüm hadisələrindən birini, müstəqil Azərbaycanın hüquqi təməllərinin formalaşmasını və milli iradəmizin təntənəsini ifadə edir. Konstitusiya yalnız dövlətin idarəçilik prinsiplərini müəyyən edən hüquqi sənəd deyil, həm də xalqın müstəqillik, azadlıq, ədalət və gələcək inkişaf arzularını özündə birləşdirən Əsas Qanundur.

Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək dövlətin və cəmiyyətin inkişaf perspektivlərini əks etdirir. Bu sənədin fəlsəfəsində xalqımızın çoxəsrlik dövlətçilik təcrübəsi ilə müasir dünyanın demokratik prinsipləri və hüquqi dəyərləri vəhdət təşkil edir.

Azərbaycanın konstitusiya tarixinin mürəkkəb və özünəməxsus mərhələləri var. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, milli dövlətçilik tariximizdə silinməz iz qoydu. Həmin dövrdə Əsas Qanun qəbul edilmədi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, sovet hakimiyyəti dövründə qəbul olundu. Sonrakı illərdə 1927 və 1937-ci illərdə yeni konstitusiyalar təsdiqləndi.

1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyası isə milli dövlətçilik tariximiz baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin qətiyyətli mövqeyi və təşəbbüsü nəticəsində Azərbaycan dili Əsas Qanunda dövlət dili kimi təsbit edildi. Bu, sadəcə hüquqi müddəa deyil, milli kimliyə, ana dilinə........

© Qaynar