Bakı dünyanın diqqət mərkəzində: Azərbaycan müasir şəhərsalmanın liderləri sirasindadir
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf fəlsəfəsinin, dövlət iradəsinin və milli kimliyinin nümayişi idi. Prezident İlham Əliyev forumun açılışındakı çıxışında bir daha göstərdi ki, Azərbaycan üçün şəhərsalma yalnız bina tikmək deyil — tarixlə gələcəyin harmoniyasını yaratmaqdır.
Dövlət başçısının vurğuladığı kimi, forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı var. Bu faktın özü artıq Bakının beynəlxalq platformaya çevrildiyini göstərir. COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ikinci ən böyük qlobal tədbir olan bu forum dünyanın diqqətini yenidən Bakıya yönəltdi. Bu, təsadüfi deyil. Çünki son illər Azərbaycan yalnız enerji və geosiyasi layihələrlə deyil, şəhərsalma, ekoloji transformasiya və müasir idarəetmə modeli ilə də nümunə göstərilən ölkəyə çevrilib.
Prezident İlham Əliyevin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycanın tarixlə müasirliyi necə uzlaşdırdığı barədə söylədikləri idi. Onun İçərişəhərin qədim divarları barəsində dedikləri əslində bugünkü Bakının mahiyyətidir. Bir tərəfdə minillik tarix, digər tərəfdə şüşədən və........
