İliç getdi, Rəfiyev qaldı
İtaliyanın məşhur "Milan” klubu Çempionlar Liqasından kənarda qaldı. Bu isə qarşıya qoyulan minimal hədəfə çatmağın mümkün olmadığını göstərir. Sözsüz ki, hər bir iddialı klub çempionatda qızıl medallar qazanmaq üçün iştirak edir. Amma o da olmayanda Çempionlar Liqasına vəsiqə kiçik təsəlliyə çevrilir. Çünki qitənin ən məşhur klub turniri öz iştirakçılarına ciddi mənada prestij qazandırmaqla yanaşı xeyli gəlir də gətirir.
"Milan” bu il həm o prestijdən, həm də gəlirdən məhrum oldu. Buna görə də indi "Milan”ın düşərgəsində əməlli-başlı həngamə qopub. Klub böyük təmizləməyə gedir. İtaliya mətbuatının yaydığı məlumatlarda qeyd olunur ki, baş məşqçi Massimiliano Alleqrinin istefaya göndərilib. Lakin əməlliyat bununla yekunlaşmır. Adlı-sanlı "Milan” üçün biabırçılıq kimi qiymətləndirilən mövsümdən sonra Alleqridən başqa idman direktoru İqli Tare, baş direktor Corcio Furlani və texniki direktor Ceffri Monkada da tutduqları........
