menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Dezinformasiya dövründə prosesləri necə izləməliyik?

26 6
19.01.2026

Müasir dövrdə informasiya mühiti köklü şəkildə dəyişmiş, məlumatın istehsalı, yayılması və istehlakı misli görünməmiş sürət qazanmışdır. Bu sürətlilik isə informasiya bolluğu ilə yanaşı, dezinformasiyanın da sistemli və təsirli şəkildə yayılmasına şərait yaratmışdır. Xüsusilə sosial şəbəkələrin dominant informasiya mənbəyinə çevrildiyi bir dövrdə hüquqi proseslərin, siyasi hadisələrin və beynəlxalq münaqişələrin necə izlənilməsi məsələsi ciddi elmi və praktiki problem kimi ortaya çıxır. Dezinformasiya dövründə əsas sual ondan ibarətdir ki, ictimai rəyin formalaşmasında emosional və manipulyativ məzmun üstünlük təşkil etdiyi halda, hüquqi faktlar necə qorunmalı və düzgün oxunmalıdır.


Dezinformasiya sadəcə yanlış məlumat yayımı deyil, məqsədli şəkildə gerçəkliyin təhrif edilməsi, faktların kontekstdən çıxarılması və ya emosional çərçivəyə salınaraq ictimai davranışa yön verilməsidir. Müasir informasiya mühitində dezinformasiyanın bu qədər təsirli olmasının əsas səbəblərindən biri onun sürət və emosiyaya əsaslanmasıdır. Sosial şəbəkələrdə yayılan məlumatlar çox vaxt yoxlanılmadan, hüquqi və faktoloji süzgəcdən keçirilmədən paylaşılır. Alqoritmlər isə rasional və balanslı məlumatı deyil, daha çox reaksiya doğuran, qəzəb, qorxu və ya empatiya yaradan məzmunu ön plana çıxarır. Beləliklə, hüquqi faktlar öz təbiətinə uyğun olaraq daha mürəkkəb və zaman tələb edən proseslərə əsaslandığı üçün ictimai rəy........

© Qaynar