Yaşamaq haqqında
Vaxtaşırı bizim camaat da Əlcəzairin müdafiəsi tədbirlərinə qoşulur, fransızları orada soyqırım törətməkdə qınayırıq. Əlbəttə, yaxşı eləyirik. Hələ zənciləri meymun kimi zooparkda oynatmış belçikalılara ümumiyyətlə nifrət eləyirik. Ancaq bugünlərdə belə bir qəribə informasiya oxudum, fikrə daldım: 2025-ci ildə Fransada yaşamaq hüququnu qanuni şəkildə əldə edən mühacirlər sırasında 1-ci yeri... əlcəzairlilər tuturmuş. 658 min nəfərdən çox əlcəzairli. Hələ bunlar qanuni gələnlər imiş, qanunsuz mühacir nə qədərdir, Allah bilir, Makron bilmir.
Necə deyərlər, bəzi bostan məhsulları buna görə əyri bitir. O boyda müstəqillik mübarizəsi-filan, fransız istismarına qarşı vuruş-savaş, axırı da belə. Yenə qaç get həmin müstəmləkəçinin torpağına. Nə üçün? Elementar dolanışıq üçün. Ac qalmamaq üçün. Ta təhsil, söz azadlığı, mədəniyyət-zad kimi şeyləri heç düşünməyə imkan........
