Tanqo festivalı üçün ortaq
Ardıcıl olaraq yenə İçərişəhərə qayıdırıq, mövzu çıxıb, mənlik deyil. Şairin misrası ilə ifadə eləsək: “İçəri şəhər, Biçarə şəhər”.
Ancaq o, əski zamanlarda elə idi, indi İçərişəhər böyüyür, inkişaf edir, dünya arenalarına çıxır. Yaxın illərdə İçərişəhəri uzadıb Biləcəriyə birləşdirmək Bakı şəhərinin perspektiv baş planına daxildir.
Mövzu isə budur: 19-24 iyun tarixlərində İçərişəhərdə “Tanqo festivalı” keçiriləcəkdir.
Gör nə gözəl, sevindirici xəbərdir. Şəxsən mən bunu oxuyanda şortikli gənci söyən məhlə ağsaqqalını xatırlayıb səsli güldüm. Molla Nəsrəddin demişkən, buyur, filin dişisi gəlir... Hər halda, ömründə haçansa tanqo rəqsini izləmiş zəhmətkeşlərimiz nəyə işarə vurduğumu anladılar. Anlamayana da indən belə anlatmağın mənası yoxdur.
Sözgəlişi, bəlkə bu festivalı “20 yanvar” metrosu tərəfdə keçirsələr daha məqsədəuyğun olardı, çünki tək pik saatlarda........
