Subaylar üçün avtobus
Bakıda bir çox avtobus marşrutlarına baxan “Bakubus” və dövlətin taksi xidməti olan “Bakı Taksi”ni metro ilə birləşdirdilər. Yəqin ki, bu təmərküzləşmə nəqliyyat sahəsində problemlərdən qurtulmaq üçündür, ancaq xırda hissələri bütövləşdirməklə işin düzələcəyi şübhəlidir. Çünki bu cür vahid rəhbərliyi biz sovetin vaxtında görmüşük. O zaman camaat iş-gücə getmək üçün saatlarla dayanacaqda qalırdı, avtobusun, trolleybusun qapısından sallaşıb gedirdik.
Lakin birləşmə xalqın tələbidir, bizə birlik gərəkdir! Ona görə təklif edirəm, yaxın vaxtlarda gəmiçilik də metropolitenə birləşdirilsin. O cümlədən, təyyarəçilik. Hətta daha uzağa gedərək ticarət və yanğınsöndürmə xidmətlərimizin də metroya birləşdirilməsini arzu edərdim. Nəyə görə?
Baxın, bu gün Lökbatan tərəfdə anbar yandı. Nə qədər mal-pul ziyan oldu, hava korlandı. Halbuki, əgər anbar........
