Sahibsiz rüşvətxorlar
Zooparkla sahibsiz heyvan sığınacağının birləşdirilməsi qərarı verilmişdir. Bu, dövlət idarəçiliyində təkmilləşdirmə prosesinin növbəti həlqəsidir.
Daha öncə yerüstü nəqliyyatla hava nəqliyyatı, metro ilə mədəniyyət idarəsi, media ilə “Təzə bazar” uğurlu şəkildə sintez olunmuşdur. Şairin arzuları həyata keçməkdədir: “Nicatımız birlikdədir, bizə birlik gərəkdir, Azərbaycan torpağına səfərbərlik gərəkdir!”.
Maraqlıdır ki, bizdə “səfərbərlik” sözü ilə “rüşvətxorluq” sözü az qala sinonim kimi işlədilir. Əsgərliyə adam yığan bu idarənin bütün rayon şöbələrində vaxtaşırı tuthatut əməliyyatları aparılır. Ən axırıncı apreldə Qaradağ, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrindən 8 nəfəri tutmuşdular. Səhv eləmirəmsə, iki aya yaxındır səfərbərlikdə həbs yoxdur. Bu nəsə qəribə, qeyri-adi haldır. Bunun axırı yaxşı olmayacaq. Bəlkə belə asudə qaldıqları üçün........
