Qafqaz Birliyi üçün şans -ZAMİN HACI
7 iyun parlament seçkisi yaxınlaşdıqca Rusiyanın Ermənistana təzyiqləri şiddətlənir. Çiyələkdən badımcana, mineral sudan konyaka qədər demək olar bütün kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyublar. Bu, rusların köhnə və gülünc təzyiq üsullarından biridir. Dəfələrlə, az qala hamıya tətbiq ediblər. Türkiyədən və bizdən pomidor almayıblar, Moldovadan şərab, Gürcüstandan su və sairə. Həmişə də məhsullarda “qurd” nədənsə Rusiyanın imperiya siyasətinə qarşı çıxılan anda “aşkar edilib”.
Anekdot dövlətdir, nə demək olar ki. Hərçənd, bunun özü hardasa təkamül və irəliləyişdir, bir rus şovinist şərhçinin də dünən söylədiyi kimi, qabaqlar Rusiya xoşu gəlməyən dövlətlərə desant çıxarardı. Separatçı anklavlar yetişdirərdi, tank sürərdi, əsgər basardı, qan su yerinə axardı. İndi pomidor-xiyarı əzişdirirlər, mineral su “axıdırlar”. Hər bir halda insan öldürməkdən yaxşıdır. Əlbəttə, rusların “xiyar........
