İkarusun qanadları
“Mən gözəlliyi tapmışam. Mən səhər küləyində uçmuşam. Mən aşağıdakı bütün yatan evləri və bağları seyr etmişəm”
(Rey Bredberi, “Qanadlı adam” hekayəsindən)
Bəzən əhalinin hökumətdən tələbləri olur. Misal üçün, uşaq pulu, pensiya, nə bilim, ət, yağ, pendir... Lakin hökumət də əhalidən tələb etməlidir. Biz bəzən bu ikibaşlı tələb-təklif tərəzisinin o biri tayını unuduruq, nəticədə ölkədə disbalans yaranır.
Halbuki, bu cür hökumət hələm-hələm hansısa xalqa qismət olmur. Niyə biz, çox demirəm, hərdənbir, 20-30 ildə bir dəfə onun hansısa istəyini, arzusunu yerinə yetirməyək? Hərçənd, təvazökar və duyğusal, səmimi və humanist məmurlarımız adətən xalqdan nə istədiklərini birbaşa demirlər. Ancaq arifə işarə də yetməzmi?
Bakı metrosunda islahatlar davam edir, bunu bilirsiniz. Həmin proseslər nəticəsində “Nizami” metrosu “28 may”a əvvəlki kimi 1 deyil, 2 xətlə birləşəcəkdir. “Avtovağzal” stansiyasından “Ulduz”a 3,........
