Günəşi udan canavar
Canavarlar rayonda vətəndaşın qoyunlarına hücum etmiş, xeyli ziyan vurmuşdur. Bu münasibətlə çoban intervü verib, deyir: “Millətin içində gəlib heyvanları parçalayırlar”. Sitatın sonu.
Doğrudan da, dünyada baş verən geopolitik proseslər canavarların tərbiyəsini pozubdur. Qoyun yemək istəyirsən, bunu gecə elə, dumanda elə, nə bilim, hansısa dərənin, dağın, cəhənnəmin dibində elə... Üstəlik, biz özümüz yeməyə quzunu güc-bəla tapırıq, Monqolustandan, Argentinadan alırıq, canavara verməyə əvvəlki qədər heyvan yoxdur.
Eyni zamanda, dərindən düşünəndə canavarlar haçan millətin içində olmayıb ki? Həmişə onlar qoyunları bu kimi ərazilərdə yaxalamışlar.
Lakin çox pessimist olmaq lazım deyil, yenə rayon ərazisində 15 yaşlı uşaq canavarı bıçaqla öldürmüşdür. Əmisinə həyətdə hücuma keçibmiş yaramaz heyvan... Mən təklif edirəm........
