Evdən ağırlığı təmizləyən
Yaxud, uşaq pulu alanlar var
Bankdan zəng edib, deyir: “Hörmətli Zamin müəllim, 1000 manata qədər kredit veririk. 1 illik, filan faizlə, zaminsiz”. Təşəkkürümü bildirdim və dedim ki, mənim bu krediti bu şərtlə almağımın heç cür mümkünatı yoxdur. Əməkdaş çaşıb qaldı, mən də zarafatına gülünməyən adamın nə çəkdiyini anladım. Məcburən izah edəsi oldum.
Doğrudan da, adı Zamin olan adama zəng edib “sənə zaminsiz kredit veririk” söyləmək bəlkə onu ələ salmaqdır. (İstəsəm bunu jurnalistikaya təzyiq kimi yozaram. Bizim bir keçmiş türmə rəisi Almaniyadan siyasi sığınacaq alıbsa, mənim də əsaslarım var). Ayrı nəsə fikirləşin. Məsələn, keçmişdəki kimi “zəmanətsiz kredit veririk” deyin. Başa düşürəm, bu da bir az pis çıxır, sanki kreditin batacağını əvvəlcədən qaranti edirsən. (Sözgəlişi, qaranti elə zamin mənasındadır).
Sözü ona gətirirəm ki, sözün harda və nə cür işlənməyinin əhəmiyyəti........
