menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Çaxmağı çax, papağı tapaq

19 0
27.05.2026

Bir çoban olur, Allaha dua edir ki, quraqlıq olmasın, ot-mot bitsin, heyvanlar yesin. Sonra dəhşətli yağış yağır, göy gurultusu, sel, dolu, uçqun, nə bilim, daha nələr olur, qoyunları daşqın aparır, çoban özü isə dağın yamacıyla diyirlənir, papağı başından düşür. Hava da zülmət qaranlıq imiş, çoban papağı tapa bilmir, üzünü göyə tutub deyir: “Qurban olduğum, başa düşdük, bizə yağış lazım deyilmiş. Ancaq heç olmasa o çaxmağı yenə çax, papağı tapım”.

Sözümün canı budur ki, həqiqətən 26 mayda Bakıya yağan dolu-yağış-leysanı mən ilk dəfə görürdüm. Daha dəqiqi, Qarabağda, Şamaxı tərəflərdə görmüşəm, Abşeronda xatırlamıram. Bu nəsə ayrı fəlakət idi, yaxşı qurtardıq, bəlkə də. Ancaq görünür, belə hadisələrə hazır olmalıyıq, çünki təbii fəlakətlərimiz təkrarlanmağa başlamışdır. Sabah Bakıya tornado gəlib maşınları havaya qaldırıb AzTV-nin başına qoysa, Xəzərdən sunami çıxsa, canım sənə desin,........

© Müsavat