menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Putinin dünyadakı TƏK dostu - Rusiyanın sərhədlə

9 0
19.12.2025

Putin 4 ildir Ukraynada apardığı işğalçı müharibəyə görə məsuliyyəti Qərbin üstünə atıb. İddia edib ki, müharibəni Rusiya yox, Qərb başlayıb. O, Bayden administrasiyasının vəziyyəti qəsdən gərginləşdirərək, Ukraynanı müharibəyə sürüklədiyini söyləyib. Onu da bildirib ki, kollektiv Qərb Rusiyanın iqtisadi, siyasi və hərbi baxımdan çökməsini gözləyib, lakin bu planlar tam iflasa uğrayıb.

Tramp da vaxtaşırı bəyan edir ki, əgər Bayden yox, özü prezident postunda olsaydı, müharibə başlamazdı. Bəlkə də. Hipotetik olaraq, indi çox şey söyləmək mümkündür. Amma Tramp prezidentliyə namizəd olarkən müharibəni bir günə dayandıracağını vəd eləmişdi. Gəl ki, Ağ Evə qayıtdıqdan aylar sonra bunun nə qədər qəliz iş olduğunu etiraf elədi və geri çəkildi...

Odur ki, 2022-nin fevralında ABŞ-ın prezidentinin soyadı Tramp olsaydı belə, müharibənin başlamayacağını əminliklə söyləmək qeyri-mümkündür. Putin yenə eyni yolu gedəcəkdi. Səbəb bəsit: Kreml başçısı Rusiyanı təzədən dünyanın iki hegemon gücündən birinə........

© Müsavat