Moskva Paşinyanı qorumaq ZORUNDA – Nikol pirojki
Rusiyada Ermənistan istehsallı konyak və şərab məhsullarının satışı dünəndən dayandırılıb. Səbəb, daha doğrusu, bəhanə bəsitdir: “Standartlara cavab vermir”.
Halbuki Ermənistan markalı spirtli içkilər Rusiyaya illərdir idxal edilir. Özü də hər iki tərəf üçün sərfəli qiymətlərə. Eləcə də digər yerli məhsullar. Nə oldu, keyfiyyət indi yada düşdü? Yüksək çinli Moskva rəsmilərinin Nikol Paşinyan hakimiyyətinin ünvanına səslənən və getdikcə artan şantaj, təhqir və təhdidlər fonunda əlbəttə inandırıcı görünmür.
Sözsüz ki, əsl motiv Ermənistanda yaxınlaşmaqda olan parlament seçkiləridir. Daha dəqiqi, Kremlin hədəfi hazırda qələbə qazanmaq şansı digər qüvvələrdən üstün olan iqtidar partiyasının reytinqinə bu cür üsullarla zərbə vurmaqdır. Seçiciyə bu yolla təzyiq edib onu Rusiyaya bağlı proksi-müxalifətə meylləndirməkdir. Qısası, mesaj belədir ki, indiki iqtidar qalsa, altını ən........
