Bir referendum da Rusiyada keçirilsin – SUAL isə
Rusiya rəhbərliyinin Ukrayna və Ermənistana ünvanlı hədə-qorxularından təbii ki, digər postsovet ölkələrinə də “pay” düşür. Çünki Vladimir Putinin son açıqlamalarından da göründüyü kimi, Kremlin imperiya ambisiyaları qalır. Moskva hələ də keçmiş müttəfiq respublikaları özünün “arxa baxçası”, ən yaxşı halda “yaxın xaric” hesab edir. Bu da o anlama gəlir ki, Kremlin gözündə onların suverenliyi və ərazi bütövlüyü ikinci, üçüncü dərəcəlidir.
O səbəbə Rusiya daim öz orbitində görmək istədiyi postsovet ölkələrinin xarici siyasət kursunda onun xeyrinə olmayan istənilən seçimə ağrılı reaksiya verir. Yeni müstəqil dövlətlərin fərqli qlobal güc mərkəzıləri ilə (ABŞ, Avropa, hətta Çin) əməkdaşlığını az qala, özünə qarşı qəsd, düşmənçilik kimi qiymətləndirir...
Putinin Nikol Paşinyandan “Avropa İttifaqı (Aİ), yoxsa Avrasiya İqtisadi İttifaqı (Aİİ)” mövzusunda referendum tələbi də şübhəsiz, bu imperativlə birbaşa bağlıdır. Rəsmi İrəvan isə........
