Bakı BUNU da etdi: İrəvana son XƏBƏRDARLIQ – Cəm
Azərbaycan və Ermənistan arasında sülh quruculuğu bəzi süni əngəllərə rəğmən, davam edir. Xüsusən də keçən ilki Vaşinqton anlaşmasından sonra bölgədə etimad mühiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Sərhəddə atışma kəsilib, ölüm-itim yoxdur, iki ölkə arasında hətta iqtisadi-ticari əlaqələr başlayıb.
Fəqət, bu, dayanıqlı sülh deyil təbii ki. Çünki sülh müqaviləsi ABŞ-nin qarantorluğu ilə 14 aydır paraflansa da, imzalanmamış qalır. Təbii ki, Azərbaycandan asılı olmayan səbəbdən. Məsələ ondadır ki, Ermənistanda “bəlkə də qaytardılar” xülyası ilə yaşayanlara gizli-açıq dəstək güclü olaraq qalır. Əfsus ki, həm də Nikol Paşinyan hökumətinin öz daxilindən...
“Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz. Halbuki əvvəlki Ermənistan rəhbərləri, onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər”.
Bu sözləri Prezident İlham Əliyev bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı söyləyib.
“Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi. Azərbaycan xalqını təhqir etməyə çalışırdı,........
