menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Prezident Bayram Beqay Kişə nədən getmişdi...

17 0
thursday

Dörd tərəfdən başı dumanlı yaşıl dağlarla əhatə olunmuş Kiş (Şəki) kəndinin daş döşənmiş küçələri ilə üzüyuxarı qalxdıqca adam özünü köhnə italyan filmlərindən tanış olan dağ qəsəbəsində hiss edir. Mənzərə eynidir. Hələ bir az da gözəldir.

Əksər qədim yaşayış məntəqələrində olduğu kimi burada da küçələr dardır, geədn və qarşıdan gələn avtomobillər bir-birindən sovuşmaq üçün küçənin nisbətən enli yerlərində bir neçə saniyəlik ləngiyir, birtəhər ötüşürlər. Başqa cür mümkün deyil. Min illər öncə insanlar burada məskən salanlar heç cür bilə bilməzdilər ki, gün gələcək, başqa nəqliyyat növləri yaradacaq.

Qədim alban məbədinə baş çəkəcəkdik. İndi ona bəlli səbəblərdən əsasən “alban məbədi” deyirlər, amma sovet vaxtı “alban kilsəsi” və ya sadəcə, “kilsə” deyiblər.

Bu kəlisanın yaşı çoxdur, 2 min il deyirlər. Rəvayətə görə, kilsəni İsa peyğəmbərin həvarilərindən biri olan Yakov tərəfindən bölgəyə göndərilmiş Yelisey inşa edilib. Tikilinin Qafqazda ilk xristian kilsəsi olduğu bildirilir. Bu bəlkə də elmi dairələrdə mübahisə predmeti ola bilər. Amma müasir diaqnoz qoyma üsulları ilə həqiqəti ortaya çıxarmaq olur.

Burası tam yəqindir ki, məbəd qədim Qafqaz Albaniyasının, yəni Azərbaycanın........

© Müsavat