menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

O müharibə 20 il öncə başlayıb - Kiyev 30 il önc

11 4
previous day

Deputat Elşən Musayevin dünən Musavat.com saytında çıxan yazısında iki əsas fikir var, biriylə razılaşmaq olar, digəri ilə razılaşmaq isə mümkün deyil.

Yazı ABŞ-nin BMT-dən tamamən çıxması barədə respublikaçı senatorların hazırladığı qanun layihəsinə həsr olunub və deputat hesab edir ki, Trampın partiyasının üzvləri haqlıdırlar.

BMT-nin son illərdə gərəksiz quruma çevrildiyi həqiqətdir. Bunu 1992-ci ildən bəri izləyə-izləyə gəlirik. Təşkilatın erməni işğalçılara dair qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi və BMT rəhbərliyinin bu məsələyə susqun qalması, sadəcə, biabırçılıq idi.

Bir bizə aid məsələlərdə yox, ümumiyyətlə, dünyada gedən proseslərə münasibətdə də BMT həmişə dişsiz olub, eləcə, söhbət yeri kimi fəaliyyət göstərib, amma nə bir vətəndaş müharibəsinin, nə də qonşulararası toqquşmanın qarşısını ala, ədaləti təmin edə bilib. Bu təşkilatın minlərlə işçisi havayı yerə yüksək maaşlar alırlar.

Əslində isə bu beynəlxalq təşkilatı o günə qoyan ABŞ, Rusiya, Böyük Britanoya, Çin və Fransadır. Bu dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, veto hüquqları var. Yəni təşkilatın ağasıdırlar. BMT bu dövlətlərin notariat kontoru kimidir. BMT TŞ-nin digər, rotasiyalı qaydada dəyişən üzv-dövlətləri isə heç bir ciddi rola malik deyillər,........

© Müsavat