menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Böyük marşala hücum edənlər – Adam parçalanmış v

18 0
11.11.2026

Dünən bəşər tarixinin önəmli siyasi xadimlərindən biri olan, müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün vəfatının növbəti ildönümü idi. Bütün türk dünyası bu tarixi şəxsiyyətin xatirəsini anır, xidmətlərini dəyərləndirirdi.

Yalnız Türkiyənin özündə bu böyük insanla bağlı haçalanmış fikirlər vardı: cümhuriyyətçilər bir tərəfə olmuşdu, klerikal qüvvələr, xilafətçilər bir yana.

İkincilər uzun illərdən bəri toparlanaraq, mütəşəkkil halda Atatürkə, dünyəvi dövlət quruluşuna, cümhuriyyət dəyərlərinə müqavimət göstərəcək, onları təftiş edəcək bir gücə çevrildiklərini göstərirdilər.

Onlar 103 il qabaq elan olunmuş Türkiyə Cümhuriyyətini bəyənmir, Osmanlı imperiyasının süqutunu, islam xilafətinə rəhbərliyin türklərin əlindən çıxmasını xəyanət sayır, böyük Atatürkə, onun layiq olmadığı böhtan və iftiraları dilə gətirirlər.

Ən ümdəsi budur ki, onlar bu iddiaları səsləndirərkən ifrata varır, böyük şəxsiyyətə həqarətlər yağdırır və obyektiv gerçəklikləri gözardı edirlər.

Tarixi gerçəklik isə budur: Atatürk Osmanlı xanədanına qarşı xalq üsyanı təşkil edəndə o boyda imperiya darmadığın vəziyyətdə idi, dövlətin idarəçiliyi, müasir terminlərlə desək, avtopilot rejiminə qoyulmuşdu.

Osmanlı dövləti 1915-ci ildən başlayaraq nəinki öz müstəmləkələrini, hətta öz indiki ərazisinin də xeyli hissəsini itirmişdi və onları geri almaq gücü, iqtidarı, hətta niyyəti də yox idi.

Həmin dövrdə Türkiyənin işğala uğramış ərazilərinə baxaq:

İstanbul vilayəti - Əvvəlcə de-fakto (1918), sonra isə rəsmi olaraq (1920) müttəfiq dövlətlər (Britaniya, Fransa, İtaliya) tərəfindən işğal edilmişdi. İstanbulu ingilis........

© Müsavat