menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

8 may-8 noyabr – altı aylıq zamanı 28 ilə keçməy

27 0
08.11.2026

6 il öncəyə qədər xalqımızın qəlbində 8 may yarası vardı. 1992-ci ildən bəri o yara qövr eləyir, qaysaqlanmırdı. Mayın 8-də əlimizdən çıxmış Şuşanın ağrı-acısı ildən-ilə daha şiddətli olurdu.

6 il əvvəli isə 8 may yarasına 8 noyabr məlhəmi çəkildi, xalq özünə gəldi, qəddi dikəldi, gözü güldü, dili açıldı.

8 may itkisi hərbi məğlubiyyətimizin rəmzi idi. Biz Şuşanı itirəndə, əslində Qarabağın dağlıq hissəsinə nəzarəti itirmişdik, düzən Qarabağda düşmənə müqavimət göstərməklə məşğul idik.

8 noyabr qələbəsi isə bütün Qarabağa nəzarəti bərpa etməyimiz demək idi. Ona görə də rəsmən 10 noyabrda (2020-ci il) başa çatmış müharibədəki qələbəmizin 8 noyabrda qeyd edilməsi tam yerindədir. (Bunun böyük dövlət xadimi, marşal Mustafa Kamal Atatürkün vəfat günüylə eyni günə düşməməsi üçün edilməsi isə ayrıca bir vəfa, ehtiram məsələsidir).

Şuşanın işğaldan azad edilməsindən sonra Xankəndinin ovuc içindəymiş kimi görünməsi o demək idi ki, 32 ildən bəri Qarabağda terror rüzgarı əsdirən ermənilərin bu mahalda mövcudluğu özlərindən yox, tam olaraq Azərbaycandan və ermənilərin baş havadarından asılıdır.

2020-ci ilin 8 noyabrından sonra onların ötkəm-ötkəm danışmaq, hədə biçmək, “istəsək, elə edərik, belə edərik”, “öz müqəddaratını təyin etmək hüququmuz var” demək lüksü........

© Müsavat