“Qarabağı aldıq, sizə verdik” mifinin sonu – Söh
Bəlkə də bu cümlələr 2-3 il əvvəldən səslənsəydi, söz-söhbət, minnətqoyma, haqqagirmə bu yerə gəlib çıxmazdı. Ancaq yenə də gec deyil.
Dövlət başçısı İlham Əliyevin dünən YAP-ın qurultayında sırf məcburiyyət üzündən dilə gətirdiyi aşağıdakı cümlələr təkcə I-nin üzərinə qoyulan nöqtə deyil, həm də hamını bəzi gerçək mətləblərdən agah etməkdir.
Prezidentin geniş çıxışının, məncə, ən zərbəçi cümlələri bunlardır: “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər.
Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq”.
İndi ola bilər ki, bu sözlər bəzi dost, eləcə də qeyri-dost ölkələrdə məyusluq yaradacaq. Çünki birincilərdə belə bir qənaət vardı ki, Azərbaycanın 44 günlük müharibədəki zəfərində böyük pay sahibidirlər. Bu qənaət getdikcə güclənirdi və artıq........
