Əşrəf təkdir, yoxsa cüt?
Yaşadığım qəsəbədə orta məktəblərdən birinə yaxın qəssabxana var. Səhərin gözü açılmamış malı yıxırlar yerə, hamının gözü qabağında başını kəsirlər, qan su yerinə axır düz qəsəbə meydanına. Özü də bu hadisə mən işə, uşaqlar da dərsə gedən saatlarda - səhər 7-8 arası yaşanır. Bir dəfə tanışlardan biri qəssaba şikayət edib ki, uşaqlara niyə travma yaşadırsan axı? Tanışımın arqumenti də belə olub ki, o qəddar görüntü məktəbə gedən azyaşlının psixologiyasına, zehninə pis təsir edər, gecə qorxar, gündüz gözünün qabağına gələr, dərs oxuya bilməz və sair. Qəssab da qayıdasan ki, bəs ağlın bizim zamanımızdakı uşaqlara getməsin, indikilər qəddarın qəddarıdır. Eləsi var, gəlib barmağı ilə ölmüş inəyin gözünü çıxarır, bir başqası telefonu ilə inəyin qanını çəkir, onu tiktoka qoyur və sair... Bu olayı niyə danışdım? Türkiyədə şagirdin törətdiyi o qətliamdan sonra ölkə ayaqdadır. Dərhal içində mafiya mövzusu, silah, vurdu-qırdı səhnələri olan serialları yayından çıxarıblar. Sonra da deyiblər ki, bəs ssenaridə dəyişiklik edin, sonra baxarıq. İndi senaristlər iki əl-bir baş düşünür........
