menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Yol-nəqliyyat şərləməsi

20 0
25.06.2026

5-6 il öncəydi, bir gün saat 12 radələrində əməkdaşlarımızdan biri həyəcanlı halda gəldi, amma təbəssümlü sifətlə dedi ki, bu səhər az qala Koroğlu Rəhimov küçəsində cəncələ düşəcəkmiş. Bu sözün “zibil”, “təzək”, “xəta” və başqa sinonimləri olsa da, o, ifadənin burda yazılmayan sinonimini işlətdi.

Biz onun düşdüyü şeyin konkret nə olduğuna önəm vermədən dərhal soruşduq ki, sənin Koroğlu Rəhimov küçəsində nə iş var, sən işə Bünyadov prospekti ilə gedib-gəlirsən. Qardaş ciddiləşdi və başına gələn vaqiəni nəql etdi.

Heç demə, o, öz avtomobili ilə adı çəkilən küçədə yolun sağıyla asta sürətlə üzüyuxarı irəliləyərkən 50 metr irəlidə səkidə şübhəli adamlar görüb, ona elə gəlib ki, onlardan biri özünü maşına toxunduracaq. Yolda sıxlıq varmış, nəqliyyat vasitələrinin sürəti onsuz da aşağı imiş. Əməkdaşımız sürəti bir az da azaldıb və maşınını səkidən mümkün qədər yolun ortasına sıxıb ki, özü demişkən, zibilin sinoniminə düşməsin. Amma heyhat! Avtomobil şübhəli adamların tuşuna çatanda onlardan biri (35-40 yaşlı cantaraq kişi) özünü güzgüyə ilişdirib və dərhal yerə yıxılaraq bağırmağa........

© Müsavat