Yeni vedrəbağlama və torbatikmə haqq-hesabları
Ələsgər də deyir, bu ölkədə vedrəbağlayanlar çox olsa da, vedrə zavodu yoxdur.
Düzdür. Ona qalsa, süni intellektlə şəkil düzəltmək haqq-hesabı da bizim ölkədə icad olunmayıb, amma hazırda bu iş üzrə dünyanın öndəgedən ölkəsi olmuşuq.
Maşallah olmasın heç, sosial şəbəkələrin məhəllə seqmenti montaj olunmuş şəkillərlə dolub-daşır. Beşi onların saxta olduğunu dərhal bilsə də, 500-ü bilmir, 5 mini də deyir, hər kim düzəldibsə, əllərinə, fantaziyasına sağlıq, hələ Allah filankəsə də rəhmət eləsin.
Belə olandan sonra ölkədə vedrə zavodunun olub-olmaması vacib deyil, əsas odur ki, vedrə ilə işləməyə hazır olanlar çoxdur. Nə boyda potensialımız varmış.
Yeri getməmişkən deyim ki, o vedrə bağlamaq söhbətinin real hekayəsi var. Keçmiş vaxtlarda sosial şəbəkə olmayıb ki, yeddi ölkə o yanda oturasan, qorxusuz-ürküsüz şəkildə bu tərəfdəki adamı ələ salasan, şəxsiyyətinə rişxənd edəsən. Keçmişdə gözdən salınması halal buyrulmuş bir adama məclisdə oturduğu yerdə hansısa cüvəllağının əliylə vedrə bağlayırmışlar, o da durub gedəndə arxa tərəfindən danq-dunq səsi gəlirmiş. Mərəkədəki........
