Vinisiusun “işverən”liyi
O gün “Benfika”-“Real Madrid” matçında biabırçılıq oldu: baxanlar bilir. “Real”ın braziliyalı forvardı Vinisius portuqalların qapısına qol vurandan sonra künc bayrağının dibinə qaçıb qol sevincini izhar etmək məqsədi ilə rəqs etdi və yerli azarkeşlər tərəfindən nəyi var, söyüldü.
Azarkeşlər belə durumlarda çox əsəbi və aqressiv olurlar, həm xorla, həm də popurri stilində, bir söyüşdən digərinə keçə-keçə söyürlər. Dünyanın hər yerində belədir. Söyüşcül olmayan azarkeş yoxdur. Biri futbola baxırsa və söyüş söymürsə, demək, azarkeş deyil, mədəni tamaşaçıdır. İnanmayan hansısa futbol matçının Youtube-də verilən versiyasında ekranın sağ küncündəki şərhlərə baxsınlar – latayırın mini bir tuqrikdir. Bu heç.
Gələk Vinisiusun künc bayrağından mərkəz dairəsinə geri gəldiyi məqama. O, mərkəz dairəsinə çatanda rəqibin 20 yaşlı, qiyməti 11,7 milyon, boyu 1.66 santim, nömrəsi 25 olan oyunçusu Canlika Prestianni köynəyinin boyunluğunu ağzına qaldırıb (dodağının tərpənişindən dediyi söz oxunmasın deyə) ona təhqiramiz nəsə dedi. Böyük ehtimalla onun........
