menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Serbiya “Taliban”ı – Bir də Elçibəyin tələbələri

31 0
27.10.2026

Gün gələcək, bu gün çox-çox adi dolanan, dünyaya, cahana, insana, gələcəyə inanan serbiyalı tələbələr yaşlanacaqlar və tələbəlik illəri yada düşəndə ürəklərinin telləri sızlayacaq, görüşəndə bir-birinə deyəcəklər, yadınızdadırmı o vaxt Vuçiçə necə qalib gəldik, möhtəşəm günlər idi.

İndilikdə isə onlar eyforiyadadırlar, arxasında nəhəng Rusiya, bəstəboy Putin dayanan odioz liderə qalib gəlib, parlament üzvü seçiliblər, hökumət quracaqlar, Serbiyanı idarə edəcəklər.

Təki tələbəlik illəri yada düşəndə onların vicdanı yox, ürəklərinin telləri sızlasın, amma tarixi təcrübə deyir ki, çətin olacaq, dövlət idarə etmək tələbə-mələbə işi deyil. Hələ kiçik bir ailəni idarə etməmiş gənclər o boyda ölkəni, dövləti, nazirlikləri, komitələri necə idarə edəcəklər?

Düzdür, son yüz ildə bir xeyli ölkədə uzun illərin diktatorları, avtoritar rejim yiyələri məhz tələbələrin fəallığı ilə devrilib, amma heç də hamısında hakimiyyətə birbaşa tələbələr gəlməyiblər. Yüksək dövlət vəzifələrinə əsasən onları firitləyib meydanlara çıxaranlar gəliblər, tələbələrə də müəyyən vəzifələr, postlar veriblər ki, təcrübə toplasınlar.

Məsələn, o vaxt İranda imam Xomeyni tələbə hərəkatının gücüylə hakimiyyətə gəldi. Şahı devirən tələbələr ABŞ-nin........

© Müsavat