Qırmızı diplomatiya – “Filan şeyi istəyirəm. Ver
Dövran dəyişib, daha uzun-uzun danışmağa ehtiyac yoxdur, siyasətçi və diplomatlar lakonik, konkret danışırlar, ikibaşlı danışmır, sözlərini birbaşa deyirlər – həm də çox qırmızı və sitalcasına.
Nümunələrə keçək. Rusiyanın xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova Ermənistanın Moskva və Brüssel arasındakı var-gəl etməsini, Kremlə verəcəyi konkret cavabı uzatmasını nəzərdə tutaraq deyib: “Deyirlər ki, sonra qərar verəcəyik. Bəs bu “sonra” nə vaxtdır? Bağışlayın, mebelləri çıxarmağa nə vaxt başlayacaqlar?”
Əvvəllər belə deməzdilər, siyasi ayrılığı məişət səviyyəsinə endirməz, bunu ər-arvadın boşanması məsələsi ilə izah etməzdilər. Zaxarova isə birbaşa deyir ki, Ermənistan Rusiyanın kəbinli arvadıdır, özünə məşuq tapıb, amma mebelləri çıxarmağa tələsmir.
Məişətdə belə şeylərə dözümlü yanaşdıqlarına baxmayın, rus dövləti siyasətdə bu cür “onu burak, bana gəl” durumuna təhəmmül etmir, dərhal, boynunun ardını qaşımadan “iki sevda çəkənlərin cəzası var” xəbərdarlığı edir və hərəkətə keçir. Ukrayna da əğyar dilinə aldanıban Avropa ilə vüsala yetmək istədi, nəticəsi nə oldu, görürsünüz.
Qırmızı diplomatiyanın ustası isə, bişəkk, Donald Trampdır. Adam yenidən prezident işlədiyi 1 il 8 ayda qırmızı diplomatlığın kitabını yazıb. O kitabdan bir........
