menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Mundialda hərc-MƏRClik

11 0
tuesday

Hər dəfə futbol üzrə dünya çempionatlar sürpriz nəticələr olanda hamı bukmeker kontorlarının nəticəyə təsir göstərməsindən, uduzan və ya heç-heçə edən güclü komandanın oyunu satmasından şübhələnir.

Dünən axşam da elə bir şey oldu. Hamı gözləyirdi ki, İspaniya millisi Kabo-Verde yığmasını darmadağın edəcək – Almaniya futbolçuları Kuraçao komandasını etdiyi kimi.

Amma olmadı. Favorit ispanlar türkiyəli icmalçıların “Yaşıl burun” adlandırdığı ölkənin milli komandasının burnunu ova bilmədilər. Oyun heç-heçə bitdi.

Əgər hansısa ərki ötən dost həmin oyundan qabaq mənə zəng vurub desəydi ki, o oyuna mərc qoyuluşu etmək istəyir, İspaniyanın 4 qoluna mərc qoysunmu, deyərdim, 4 az olar e, qaqa, 4 qol olacaq, Yamalgil 5-6 dənə vuracaq. Deyərdim və adamı uduzdurardım. O da gedib orda-burda deyərdi ki, adam 50 ildir futbola baxır, bildiyi bir şey yoxdur.

Bax, futbol belə oyundur, məşhur ifadə ilə desək, meydança hamar, top yumru, hər iki tərəfdə də 11 nəfər, bilmək olmur necə olacaq.

“Bilmək olmur” deyəndə, əslində bilmək olur, sadəcə,........

© Müsavat