Dəvətlilər siyahısına düşməmək faciəsi
Ən azı Seyid Əzimin dövründən bəridir, bu ölkədə hansısa bir məclisə, tədbirə dəvət edilməmək üstündə dava düşür.
Bilənlər bilir, o vaxtlar şairi hansısa toya çağırmayıblar, o da ertsəi gün məclis yiyəsinin qabağını kəsib, niyəsini soruşub. Şairə qarşı qanacaqsızlıq etmiş adam and içib ki, bəs onu çağırmaq yadından çıxıb. Şirvanlı şair bu söhbətə bədahətən bir həcv həsr edib, 1,5 misrası belədir: “Eşşək küçədən kəblə Nadir düşdü yadıva, Mən şah küçədən düşmədim, ....?” (Nöqtələrin yerində arqo-xitab var).
Bəli, bu ölkədə toy-nişana, prezentasiyaya, ad gününə, yubiley tədbirinə, nə bilim, cürbəcür məclislərə dəvət edilmək həm prestij məsələsidir, həm də nifaq səbəbi. Dəvət edilməyənlər mütləq inciyir. Hətta toy dəvətnaməsini görcək, məclis yiyəsini söyən, “bu da iki gündən bir öz yanından mərəkə düzəldir, hamını yığır, qələt eləyir, getməyəcəm” deyən adamlar belə məclisə dəvət edilməyəndə inciyirlər. Belələri inciməklə qalmır, büsat sahibi ilə rastlaşanda onu utandırır, deyir, xeyir ola, balacanı kəsdirmisən, toy eləmisən, məni........
