menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Cürdəkdən mey içən, taksidən düşüb qaçan – ictim

29 0
01.03.2026

Bir himə bəndik ki, iki tirəyə ayrılaq və sözün çürüyü çıxana qədər mübahisə edək. Söz gövşəmək işində də region lideri olarıq, əl-əlbət.

O gün AMEA-nın iclasında mürgüləyən alimlərə görə ikiyə bölünmüşdük. “Yatdılar”, “yuxuladılar” lağlağısı ərşə-gürşə dirənmişdi. Halbuki söhbət yüngülvarı, 1-2 dəqiqəlik mürgüləməkdən gedə bilərdi.

Yatmaq başqa şeydir. Yaşlı adamlara hörmət etmək lazımdır. Biz o yaşa çatanda... (bu yerdə müəllif baxır ki, artıq o yaşa çatmaq üzrədir, ona görə də cümləni tamamlamır). O vaxt, yəni 40-50 il əvvəl İslam Rzayev əbəs yerə oxumurdu ki, “biz sizə minnətdarıq, qocalar, ay qocalar”.

İndi qocalara minnətdar olanlar azdır. Fürsətcillər elə girəvə gəzirlər ki, onların uyğun olmayan vəziyyətdə şəkillərini çəksinlər, bir sözlərini tutub sosial şəbəkədə yaysınlar, hoydu-hoyduya götürsünlər. Şair “oyatma mürgülü xatirələri” demişdi, mürgüləyən alimlərlə işi yox idi.

Daha bir ikitirəlik qadın həmkarımızın əlində içki şüşəsi tutaraq, rus demişkən, “çerez qorlo” içdiyini əks........

© Müsavat