menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Çarəsiz Çarents – adına konyak da var, məscid də

19 0
12.11.2026

İranın İrəvandakı Göy məscidə erməni şair-yazıçı Yeğişe Çarentsin adını verməsi, oxumuş adamlar demişkən, nə qədər absurd xarakter daşısa da, müəyyən bir məntiqi var.

Yeganə adlı azərbaycanlı qızların əzizləmə variantını (Yegiş) andıran bu adı daşıyan şair əslən iranlıdır. Daha dəqiqi, onun atası Abqar Soqomonyan və anası Tege Mirzoyan Makudandır. Sonra bu ailə Ərzuruma köçüb. Yegişe isə 25 mart 1897-ci ildə Rusiya imperiyasının Qars şəhərində doğulub.

Yanlış oxumadınız, “Rusiya imperiyasının Qars şəhəri”. 1878-ci ildən ta 1918-ci ilə qədər Rusiya Türkiyənin bu yaşayış məntəqəsini, azərbaycanlıların da kompakt yaşadığı şəhəri işğalda saxlayıb və Yegişe də Qarsda dünyaya göz açıb, orada rus məktəbində təhsil alıb, böyüyüb.

Yeniyetməliyindən şair olsa da, Yegişe elə də fağır-farağat biri olmayıb, 1915-ci ildən sonra əlinə silah götürüb Türkiyənin şərqini, ermənilərin Qərbi Ermənistan dediyi ərazini “fəth etmək” üçün erməni könüllülərə qoşularaq Van civarına, müharibəyə gedib.

Sonra da deyirlər, Osmanlı 1915-ci ildə yazıq erməniləri belə-belə edib. Yegişenin Vanda nə işi vardı ki, onun qoşulduğu könüllü dəstələr........

© Müsavat